“Napoli”yə BÖYÜK GÜVƏN
18.04.2023 - 18:52
“Napoli”yə BÖYÜK GÜVƏN

Çempionlar Liqasının bu gün keçiriləcək oyunlarına böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri 400 min rublla (8 min 320 manat) risk edib.

Better “Napoli” – “Milan” qarşılaşmasına qoyuluş edib. Müştəri meydan sahiblərinə güvənərək belə addım atıb.

O, neapolluların əsas vaxt qalib gələcəyinə vəsait yatırıb. Bu variantın əmsalı 1,77-yə bərabər olub.

Əgər betterin təxmini düz çıxsa, onu 708 min rubl (14 min 726,4 manat) uduş gözləyir.

Qeyd edək ki, “Napoli” – “Milan” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0