Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.
Apasport.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” əsas favoritlərindən sayılan Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək.
İstanbul təmsilçisi qalib gələrsə, qrup liderliyini ələ keçirəcək və 1/8 finala çıxmaq şanslarını artıracaq.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
24 oktyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Xal durumu: “Bavariya” – 6, “Qalatasaray” – 4, “Kopenhagen” – 1, “Mançester Yunayted” - 0.
B qrupu
23:00. “Lans” (Fransa) – PSV (Niderland)
23:00. “Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə)
Xal durumu: “Lans” – 4, “Arsenal” – 3, “Sevilya” – 2, PSV - 1.
C qrupu
23:00. “Braqa” (Portuqaliya) – “Real” (İspaniya)
23:00. “Union” (Almaniya) – “Napoli” (İtaliya)
Xal durumu: “Real” – 6, “Napoli” – 3, “Braqa” – 3, “Union” - 0.
D qrupu
20:45. “İnter” (İtaliya) – “Zalsburq” (Avstriya)
23:00. “Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya)
Xal durumu: “Real Sosyedad” – 4, “İnter” – 4, “Zalsburq” – 3, “Benfika” - 0.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”