Qətər stadionlarının bəzəyi - FOTOLENT
09.12.2022 - 10:26
Qətər stadionlarının bəzəyi - FOTOLENT

Futbolun gözəlliyini bəziləri qollarda, bəziləri driblinqlərdə, digərləri Messi və ya Ronaldoda axtarır. Amma futbolun əsl gözəlliyi azarkeşlərdir. 

Bunu koronavirus pandemiyası dövrü də sübut etdi. Boş tribunalar önündə ən yaxşı komanda və futbolçuların oyunu belə mənasız və məzmunsuz təsiri bağışlayırdı.

Apasport.az saytının məlumatına görə, Qətərdə keçirilən DÇ-2022-yə də rəng qatan məhz tribunalardakı fanatlardır.

Mundialın arxada qalan 56 oyununu 2 milyon 868 min 668 tamaşaçı izləyib. Hər qarşılaşmada orta hesabla 51 min 226 nəfər qeydə alınıb.

Qarşıda həlledici görüşlər qalıb. Bu da rəqəmlərin xeyli dəyişəcəyini vəd edir.

Müxtəlif ölkələrdən olan azarkeşlərin tribunalara rəng qatması fotokameraların diqqətindən də yayınmır. Mundial vaxtı kameralara tuş gələn ən gözəl xanım azarkeşləri təqdim edirik:

 

0