Qətər yolu - PROQNOZ
07.06.2022 - 12:34
Qətər yolu - PROQNOZ

Bu gün DÇ-2022-nin Asiya zonası üzrə pley-offunda BƏƏ və Avstraliya üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşma mundialı qəbul edəcək Qətərdə baş tutacaq.

Futbol eksperti Dmitri Spirin oyunla bağlı proqnoz verib:

Bu iki yığma DÇ-2022-nin D qrupuna vəsiqə üçün mübarizə aparır. Cütün qalibi qitələrarası pley-offda Peru ilə üz-üzə gələcək. Həmin görüşdə qələbə qazanacaq komanda mundialda Fransa, Danimarka və Tunisə rəqib olacaq.

BƏƏ indiyədək yalnız bir dəfə - 1990-cı ildə dünya çempionatına yüksəlib. Adətən konservativ, müdafiə futbolu oynayan bu komanda “Yaşıl qitə”dən olan favoriti əsəb gərginliyi yaşada bilər.

Seçmə mərhələdə BƏƏ qrup üçüncüsü olub. Cənubi Koreya və İrandan geri qalan ərəblər 10 matçda 12 xal yığıb (top fərqi 7-7).

Avstraliya da birbaşa vəsiqə qazana bilməyib. Yaponiya və Səudiyyə Ərəbistanı ilə eyni qrupda oynayan komanda üçüncü olub. İndi “Kenqurular”ın heç də ən yaxşı futbolçu nəsli deyil. Yığmada yaxşı tanınan adlar da yoxdur.

Buna baxmayaraq, Avstraliya qarşıdakı matçın aşkar favoriti göstərilir. Onun 1,82 əmsala bərabər qələbəsinə qoyuluş etmək mümkündür. Amma mən daha aşağı, amma xeyli etibarlı variant təklif edirəm. BƏƏ ənənəvi Alt oynayan komandadır. Bu üzdən Alt-a üstünlük verirəm. Düşünürəm ki, ərəblər buna sadiq qalacaq.

Proqnozum: Alt
 

0