"Real" klublararası dünya çempionatının finalında
09.02.2023 - 00:58
"Real" klublararası dünya çempionatının finalında

Mərakeşdə keçirilən klublarası dünya çempionatının 2-ci finalçısının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Madrid "Real"ı yarımfinalda Afrika Çempionlar Liqasının finalçısı olan Misirin "Əl-Əhli" komandasını böyük hesabla məğlub edib – 4:1. Kral klubu son 2 qolu 90+2 və 90+8-ci dəqiqələrdə afrikalıların qapısından keçirib.

Beləliklə, fevralın 11-də Mərakeşin paytaxtı Rabatda "Real"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası olacaq.

Onu da xatırladaq ki, Madrid klubu artıq 4 dəfə bu turnirin qalibi olmaqla dünyanın ən güclüsü olmağı bacarıb və bu hələ ki rekord göstəricidir.

0