Şotlandiya və Polşaya qələbə, Finalissimada bol qol
01.06.2022 - 11:51
Şotlandiya və Polşaya qələbə, Finalissimada bol qol

Bu gün milli komandalar arasında oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol eksperti Çarli Ruuds matçlarla bağlı təxminini proqnozsevərlərlə bölüşüb.

Mütəxəssis üç oyundan ibarət 14,53 əmsallıq kupon hazırlayıb:

Şotlandiya ilə Ukrayna DÇ-2022-nin pley-off mərhələsinin finalında Uelsə rəqib olmaq üçün üz-üzə gələcək. Bu duelin gərgin və əsəbi keçəcəyini proqnozlaşdırıram. Şotlandiya Avropada ikinci yeri tutan komandalar arasında ən yüksək xala malik idi. Stiv Klark böyük turnirlərdə yarışmağa layiq istedadlı komanda qurub. Qarşılaşmanın Qlazqoda, şotlandiyalı azarkeşlərin önündə olması ev sahiblərinə ciddi üstünlük verəcək.

Uels Millətlər Liqasının yeni mövsümünə çətin çətin Polşa səfəri ilə başlayır. Ancaq “əjdahalar”ın indi əsas diqqəti bazar günü keçiriləcək DÇ-2022-nin pley-off mərhələsinin final görüşündədir. Bu üzdən komanda meydanda nisbətən rahat görünəcək. Mənim proqnozum burada Polşanın qalibiyyətidir.

AVRO-2020-nin qalibi İtaliya Amerika Kubokunu qazanan Argentina ilə “Uembli”dəki Finalissimada üz-üzə gələcək. İtalyanlar dünya çempionatına vəsiqə şansını itirdikdən sonra azarkeşlərinə qarşı inamı bərpa etməyə can atacaq. Ancaq qarşılarında 1993-cü ildən bəri ilk dəfə Amerika Kubokunu qazanan Argentina var. Cənubi Amerika təmsilçisi də yaxşı formadadır. Londonda bol qollu, maraqlı mübarizə gözləyirəm.

Şotlandiya – Ukrayna: 1 və ALT
Polşa – Uels: 1
İtaliya – Argentina: ÜST

0