“Trabzonspor”dan yaşanmış insidentlə bağlı AÇIQLAMA
18.03.2024 - 22:37
“Trabzonspor”dan yaşanmış insidentlə bağlı AÇIQLAMA

Türkiyə Superliqasının 30-cu turunda "Trabzonspor" evdə "Fənərbaxça"nı qəbul etdiyi matçdan (2:3) sonra yaşananlarla bağlı Trabzon klubunun rəhbərliyi açıqlama yayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun "X" sosial şəbəkəsində paylaşım edilib:

“İdarə Heyətimiz bütün prosesi diqqətlə izləyir. Klubumuz sabah Türkiyə Futbol Federasiyasının intizam yönləndirmələrindən sonra verəcəyi təfərrüatlı açıqlamanı ictimaiyyətlə bölüşəcək.

İstərdik ki, hər kəs yaxşı bilsin. Heç kim və heç bir qurum Trabzon şəhərini, "Trabzonspor" klubunu və şərəfli azarkeşlərimizi dünənki hadisələrə qatmağa çalışmasın. Biz buna heç vaxt icazə verməyəcəyik".

0