Xorvatiya Millətlər Liqasının finalında
15.06.2023 - 01:34
Xorvatiya Millətlər Liqasının finalında

UEFA Millətlər Liqasında ilk yarımfinal matçı keçirilib.

Apasport.az saytı xəbər verir ki, Hollandiyanı məğlub edən Xorvatiya yığması finala yüksəlib.

Rotterdamda keçirilən qarşılaşmada hesabı hollandlar açıblar. Amma fasilədən sonra oyunun axarı dəyişib. Xorvatiya komandası iki qol vuraraq, hesabda önə keçib. “Narıncılar” əsas vaxta əlavə olunmuş 6-cə dəqiqədə bərabərəlik qolunu vura biliblər. 

Bu qol Xorvatiya yığmasını ruhdan salmayıb. Əlavə vaxtda iki top vuran Zoran Daliçin komandası 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın digər cütündə İtaliya və İspaniya yığmaları qarşılaşacaqlar.

UEFA Millətlər Liqası
Yarımfinal
Hollandiya – Xorvatiya – 2:4
Qollar:
Malen, 34. Lanq, 90+6 – Kramariç, 55 (pen). Pasaliç, 73. Petkoviç, 98. Luka Modriç, 116 (pen.).
 

0