Yaşlanmış müdafiə enerjili gənclər qarşısında tab gətirməyəcək
08.06.2022 - 18:26
Yaşlanmış müdafiə enerjili gənclər qarşısında tab gətirməyəcək

İngiltərəli futbol eksperti Çarli Ruuds Millətlər Liqasının qrup mərhələsində İrlandiya ilə Ukrayna arasında keçiriləcək oyuna proqnozunu verib.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Dublində baş tutacaq qarşılaşmada qonaqları favorit hesab edir.

Əksər proqnozlarında yanılmayan Ruuds bu dəfə də təxmin etdiyi hesabı açıqlayıb:

Ukrayna DÇ-2022-nin pley-off mərhələsində Uelsə məğlub olmasına baxmayaraq, oyunu ilə varlığını ortaya qoydu və İrlandiyaya qalib gəlmək üçün kifayət qədər keyfiyyətə malik olduğunu göstərdi. Ukrayna yığması səfər qələbəsi üçün lazımi dərəcədə formadadır.

Bəzi oyunçular ağır mövsümün və üç gündən bir oyun təqviminin sıxlığından, bu gün meydana çıxmaya bilər. Ancaq Aleksandr Petrakovun sərəncamında təcrübəliləri layiqincə əvəz edə biləcək gənclər mövcuddur. Yəni çalışdırıcı rahatlıqla heyətdə rotasiya edə bilər.

İrlandiya isə Ermənistanla matçda təhlükəli həmlələrdən başqa heç nə ilə yadda qalmadı. Onların yeganə silahı cinahlarıdır ki, qrupun ilk görüşündə bundan da yararlana bilmədilər.

Təbii ki, dünya çempionatına vəsiqə qazanmamaq Ukraynaya psixoloji cəhətdən mənfi təsir göstərəcək. Lakin fikrimcə, bu da onların səfər qələbəsinə mane olmayacaq. Ukrayna bütün mövqelərdə üstündür və düşünürəm ki, yaşlanmış İrlandiya müdafiəsi enerjili gənclər qarşısında tab gətirməz.

Proqnozum: Ukraynanın 2:0 hesablı qələbəsi.
 

0