Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! - YENİLƏNİB
01.08.2024 - 19:58
Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! - YENİLƏNİB

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Zelim Kotsoyev final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində onun finaldakı rəqibi gürcü cüdoçu İlya Sulamanidze olub. 

Gərgin keçən dueldə Kotsoyev rəqibinə qalib gələrək Olimpiadanın qızıl medalına yiyələnib.

***

18:38

Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.

Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.

Qeyd edək ki, cüdoçumuzun finaldakı rəqibi gürcüstanlı İlya Sulamanidze olacaq.

***

14:30

Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev 1/4 final matçına çıxıb. 

Apasport.az xəbər verir ki, dünya çempionu, reytinq lideri 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə qarşılaşıb. 

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala vəsiqə qazanıb.

***

13:10

Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə növbəti təmsilçimiz tatami üzərinə çıxıb. 

Apasport.az xəbər verir ki, dünya çempionu, 100 kq çəki dərəcəsində dünya reytinqinin lideri Zelim Kotsoyev 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

0