Azərbaycan millisinin seçmə mərhələ oyunlarının vaxtı bilindi
06.01.2023 - 20:22
Azərbaycan millisinin seçmə mərhələ oyunlarının vaxtı bilindi

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat turniri çərçivəsində Bakıda keçirəcəyi qrup oyunlarının vaxtı bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından apasport.az-a verilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta milliləri mübarizə aparacaqlar. Yığma ilk oyununu yanvarın 13-də Maltaya qarşı keçirəcək. Növbəti görüş yanvarın 14-də Böyük Britaniya millisi ilə olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşma saat 15:00-da başlayacaq. Bu qrupun qalibi növbəti təsnifat mərhələsinə vəsiqə qazanacaq.

AÇ-2026-nın seçmə mərhələsi
13 yanvar

14:45 Kipr – Böyük Britaniya
17:00 Azərbaycan – Malta

14 yanvar
14:45 Malta – Kipr
17:00 Böyük Britaniya – Azərbaycan

15 yanvar
12:45 Böyük Britaniya – Malta
15:00 Kipr – Azərbaycan

Qeyd edək ki, AÇ-2026 15 yanvar – 1 fevral tarixlərində Danimarka, İsveç və Norveçdə keçiriləcək.

0