3 milyonluq əmsalı uddu – Ginnesin rekordlar kitabına düşdü
12.06.2022 - 13:57
3 milyonluq əmsalı uddu – Ginnesin rekordlar kitabına düşdü

Mərc oyunlarındakı ağlasığmaz uduş açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Ginnesin rekordlar kitabına düşən bu kupon Böyük Britaniyada qeydə alınıb.

At yarışlarında 3 milyon 72 min 887 əmsallıq variant qalib gəlib. Adı açıqlanmayan qadın 1995-ci il mayın 2-də 5 yürüşə qoyuluş edib.

O, favorit sayılmayan atların qalib gələcəyinə pul qoyub. Nottinqemdən olan xanım cəmi 5 pensindən vaz keçərək risk edib. 

Amma bu 3072887 əmsallıq risk özünü doğruldub. Nəticədə proqnozsevər 153 min 644 funt qazanıb. 

0