Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirakı dəqiqləşən komandalar UEFA reytinqinə əsasən səbətini tanıyıb.
34 komandanın mübarizə aparacağı mərhələnin iştirakçılarından 13-ü bəllidi. Lakin bu komandalardan birinin hansı səbətdə yer alacağı bilinmir. Söhbət Farer adalarının çempionu “Vikinqur”dan gedir.
Digər çempionlardan 6-sı səpələnmiş, 6-sı səpələnməmişlər səbətindədi. Danimarka təmsilçisinin də səbəti məlumdu. Bu ölkədə qızıl medalı qazanacaq komanda dəqiqləşməsə də, həmin klub səpələnmişlərdən biri olacaq. Çünki bu ada iddiası qalanlardan ən aşağı reytinqlisi 5,190-a bərabərdi.
Qeyd edək ki, Azərbaycan çempionunu dəqiqləşmədiyi üçün təmsilçimizin əmsalı bilinmədiyindən hansı səbətdə yer alacağı da qeyri-müəyyəndi. Çempionun kimliyindən asılı olaraq, bu rəqəm 3,825-dən 20,500-ə qədər dəyişəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Astana” (Qazaxıstan) – 21,750
BATE (Belarus) – 20,500
“Şerif” (Moldova) – 14,750
“Malmö” (İsveç) – 14,000
“Rusenborq” (Norveç) – 9,000
HİK (Finlandiya) – 8,000
Danimarka çempionu – 5,190-34,000
Səpələnməmişlər
“Suduva” (Litva) – 2,000
“Kork Siti” (İrlandiya) – 1,750
“Spartak” (Yurmala, Latviya) – 1,750
“Valyur” (İslandiya) – 1,650
“Flora” (Estoniya) – 1,250
“Torpedo” (Kutaisi, Gürcüstan) – 1,000
Səbəti bəlli olmayan
“Vikinqur” (Farer adaları) – 3,000