Ağasəlim Mircavadov istefa verdi
08.07.2010 - 21:55
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov istefa verib. Apasport.az saytının xəbərinə görə, bu gün Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda Moldovanın “Olimpiya” komandası ilə görüşdən sonra təcrübəli çalışdırıcı postundan ayrılıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Mircavadov lənkəranlı azarkeşlərdən üzr də istəyib: “Azarkeşlərdən üzr istəyirəm. Ürəyim həmişə bu komandanın yanında olacaq. Mənim bu komandada uğurlarım olub. “Xəzər-Lənkəran”a gələcəkdə uğurlar arzulayıram”.
Qeyd edək ki, ilk oyunda Kişinyovda “Olimpiya” ilə heç-heçə (0:0) oynayan cənub təmsilçisi öz meydanında 1:1 oynayıb. Amma bu nəticə növbəti mərhələyə adlamaq üçün rəqibin işinə yarayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0