[b]DÇ-2018: Baş məşqçi ilə bağlı qərar[/b]
22.05.2018 - 15:28
İspaniya yığmasının baş məşqçisi Xulyen Lopeteqinin taleyinə aydınlıq gəlib. Apasport.az-ın İspaniya Futbol Federasiyasının saytına istinadən məlumatına görə, təcrübəli mütəxəssislə yeni müqavilə imzalanıb.
Anlaşmaya görə, 51 yaşlı çalışdırıcı daha 2 il - 2020-ci ilin yayına qədər “buğalar”ın “sükanı arxası”nda olacaq. Bu isə o deməkdi ki, ispanları Avropa çempionatına da Lopeteqi hazırlaşdıracaq.
Qeyd edək ki, Xulyen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır.
0
0