Çempionlar Liqasında son ev oyununu keçirən “Qarabağ” böyükhesablı məğlubiyyətlə barışmalı oldu. Oyun başa çatdıqdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Mahir Mədətov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Yenə böyükhesablı məğlubiyyət. Bu duel haqda nə deyə bilərsiniz?
- Hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Oyuna yaxşı başlamışdıq, amma sonra hər şey dəyişdi.
- Rəşad qırmızı vərəqə ilə bağlı fasilədə nə dedi?
- Penalti olsa belə, hakim qırmızı vərəqə göstərməməli idi. Çox ağır qərar oldu.
- Bəs ikinci hissədə nə baş verdi? Yoğun idiniz, yoxsa sistem pozulmuşdu?
- “Çelsi” kimi komandaya qarşı oynamaq asan deyil. Təbii ki, belə rəqiblə oyunun ikinci hissədə yorğunluq hiss olurdu.
- Qurban Qurbanov birinci penaltidən sonra oyunçuları yanına çağırdı. Hətta bir anlıq komandanı meydandan çıxaracağını düşündük. Həmin vaxt nə dedi sizə?
- Diqqətli olmağımızı tapşırdı. Çünki meydanda 10 nəfərlə qalmışdıq. Buna görə də bir qədər motivasiya verməyə çalışdı. Sırf buna görə bizi yanına çağırdı.
- Sizcə, penalti var idi?
- Kimi deyir var, kimi deyir yoxdu. Mən epizoda baxmamışam.
- “Çelsi”nin paltardəyişmə otağına yaxınlaşdınız. Səbəbini açıqlaya bilərsiniz?
- Bizim Anton Konibolotski orda idi, ona yaxınlaşdım.
- Forma dəyişdirmədin?
- Xeyr, ona görə rəqibin otağına yaxınlaşmamışdım. Formamı dəyişmirəm, evdə anam yığır.