Azərbaycan millisinin futbolçusu Ufuk Budak bu gün keçirilən yığma üzvlərinin mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, milliləşən legioner klub karyerası və yığma barədə sualları cavablandırıb.
- “Samsunspor”dan ayrıldın. Karyeranı harada davam etdirə bilərsən?
- Müqaviləm bitdi. Gələcəyimlə bağlı hələlik heç nə bəlli deyil.
- 6 gün “Qarabağ”la məşq etmisən. Orda qalmaq istərdinmi?
- Qurban Qurbanov məşq əskikliyim olduğu üçün məni dəvət etmişdi. Başqa söhbətimiz olmayıb.
- Əvvəllərdə millidə olmusan. Düşərgədə hansı dəyişikliklər var?
- Çox fərqli simalar var. Komanda gəncləşib, daha dinamikdi.
- Oynamadığın müddətdə Azərbaycan yığmasını diqqətdə saxlayırdınmı?
- Təbii, çünki bu millinin üzvüyəm. Mümkün qədər hər matçı izləməyə çalışırdım.
- Azərbaycan vətəndaşlığından çıxıb, yenidən Türkiyə vətəndaşı olmaq məsələn gündəmdədi...
- Hər iki ölkənin pasportuna sahibəm. Belə bir şey yoxdu.
- Prosineçki ilə aranızda problem var idi?
- Bunu Robert Prosineçkidən soruşsaz, daha yaxşı olar. Sadəcə, Avstriyada toplantıya qatılmaq imkanım olmuşdu.