Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb. Apasport.az saytı xəbər verir ki, budəfəki “11-lik”də daha çox “Bavariya”nın futbolçusu yer alıb.
Belə ki, rəmzi komandaya Münhen klubunun 5 oyunçusu düşüb. “Bavariya”dan əlavə, “Mançester Yunayted”, “Çelsi, “Şaxtyor”, “Roma” və “Barselona”nın üzvləri də seçilən heyətdə qərarlaşmağı bacarıblar.
Rəmzi komandanı sizə təqdim edirik:
Qapıçı: David de Xea (“Mançester Yunayted”)
Müdafiəçilər: Kris Smollinq (“Mançester Yunayted”), Mats Hummels, David Alaba, Coşua Kimmix (hamısı “Bavariya”)
Yarımmüdafiəçilər: Villian (“Çelsi”), Fred (“Şaxtyor”), Cengiz Ündər (“Roma”)
Hücumçular: Tomas Müller, Robert Levandovski (hər ikisi “Bavariya”), Lionel Messi (“Barselona”)