[b]“Qarabağ”lı tək qola üzüldü - VİDEO[/b]
10.10.2017 - 01:02
DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandası Albaniya da sonuncu matçına çıxıb.
Komanda evində İtaliya yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aqolli start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 10 oyundan sonra 13 xal toplayan Albaniya qrupu 3-cü pillədə tamamlayıb.
0
0