Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen həmyerlisi Frank Riberi haqda danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 54 yaşlı mütəxəssis Fransa millisinin sabiq üzvünün artıq “Bavariya” üçün yararsız oyunçu olduğunu düşünür.
1994-1996-cı illərdə “Bavariya”nın formasını geyinmiş Papen 34 yaşlı Riberinin mövsümün sonunda Münhen klubunu tərk edəcəyi qənaətindədi: “Riberinin zədələnməsi önəmli problemdi. Onun yaşındakı bir futbolçu üçün qısa müddətdə meydana dönmək asan olmur. Zədə ilə bağlı tez-tez problem yaşaması düşündürücü olmalıdı. Məncə, Riberinin artıq sonu gəlib və mövsümün sonunda “Bavariya” onunla vidalaşacaq”.
Qeyd edək ki, 2007-ci ildən “Bavariya”nın formasını geyinən Frank Riberi cari mövsümdə 9 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.