[b]“Xəzər Lənkəran” mərkəzi stadionu təmirə bağlanır[/b]
03.11.2014 - 15:31
[b]“Xəzər Lənkəran” mərkəzi stadionu təmirə bağlanır[/b]

“Xəzər Lənkəran” mərkəzi stadionu təmirə bağlanır. Bu barədə apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

 

O bildirib ki, Topaz Premyer Liqasında yaranan fasilə zamanı arenanın ot örtüyündə bərpa işləri aparılacaq. Bu məqsədlə Qəbələ şəhər stadionunda çalışan ingiltərəli mütəxəssislər Lənkərana dəvət edilib.

 

“Stadionda bərpa işləri aparmaq üçün ev oyunlarımızı başqa arenada keçirməli idik. Cənub bölgəsində başqa normal stadionda olmadığından, Bakıda oynamalı idik. Belə olacağı təqdirdə azarkeşləri futbolsuz qoyacaqdıq. Ona görə də stadionda bərpa işləri görmək mümkün olmurdu. Elə noyabrda yaranan 20 günlük fasiləni gözləyirdik. "Qəbələ"də çalışan igilis mütəxəssislər Lənkərana dəvət etmişik.  Onlar  meydançada görüləcək işlər barədə hesabat hazırlayıblar. İndi fasilədən istifadə edib, müəyyən işlər görüləcək. İstisna deyil ki, yaz aylarında əsaslı təmir işləri görülsün. Əgər rəhbərlik təsdiqləsə, gələn il ciddi dəyişikliklər olacaq” – deyə, Nadirov bildirib.

 

Vitse-prezident vurğulayıb ki, Lənkəranda süni örtüklü meydança düzəltmək fikrində deyillər: “Əsaslı təmir zamanı süni örtüklü meydançaların yaradılmasının qəti əleyhinəyik. Yəni, belə bir şey nəzərdə tutulmayıb. Biz ancaq təbii örtüklü meydançalar düzəltmək və onları yaxşı vəziyyətə gətirmək istəyirik”.

0