Gimnastlarımızdan uğurlu nəticə: 5 medal!
29.04.2024 - 09:48

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.
Apasport.az xəbər verir ki, Sofiya Məmmədova 3 mükafata sahib çıxıb.
O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.
İlona Zeynalova isə yarışı 2 mükafatla başa vurub. Gimnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar - VİDEO
- Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar
- Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Gimnastlarımız Portuqaliyada ikinci yerə çıxıblar - FOTO
0
0