![Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb](https://apasport.az/storage/news/2025/february/07/big/67a5230ed3ad967a5230ed3ada173887566267a5230ed3ad767a5230ed3ad8.jpeg)
Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz “Zaqreb Open”də döşək üzərinə çıxıb.
92 kq
Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoyevə (4:0) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə yığmamızın digər üzvü Abubakr Abakarovla üz-üzə gəlib. Abubakr yarımfinala kimi iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) mübarizədən kənarlaşdırıb. Yığma üzvlərinin qarşılaşmasında 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Amma Nurmaqomedov uğurlu çıxışı həlledici görüşdə davam etdirə bilməyib. O, iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzaraq, gümüş medal qazanıb. Abakarov isə 3-cülük görüşündə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürüncə sahib çıxıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə yığmamız sərbəst güləşçiləri 5 medal qazanıblar. Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib çıxıblar.