Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub olub - YENİLƏNİB
06.08.2024 - 20:37
Paris-2024: Sənan Süleymanov yarımfinalda məğlub olub - YENİLƏNİB

Yay Olimpiya Oyunlarının güləş yarışlarında 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, idmançımız yarımfinalda qazaxıstanlı Demeu Zadrayevlə qarşılaşıb.

Rəqibinə 6:1 hesabı ilə məğlub olan güləşçimiz finala vəsiqə qazana bilməyib.

***

15:16

Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 

Apasport.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib. 

1/8 finalda zədələnən idmançımız yarımfinala vəsiqə qazanıb. 

Qeyd edək ki, Sənanın növbəti rəqibi qazaxıstanlı Demeu Zadrayev olacaq. Görüş Bakı vaxtı ilə saat 20:22-də start götürəcək. 

***

14:36

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşinin 1/8 final mərhələsində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşıb.

Görüşün ilk dəqiqələrində zədələnən təmsilçimiz əzmkarlıq nümayiş etdirərək qarşılaşmanı qalib başa vurmağı bacarıb: 2:0 

Qeyd edək ki, Sənan növbəti mərhələdə macarıstanlı Zoltan Levayla üz-üzə gələcək.

 

 

0