Dünya Güləş Birliyi (UWW) Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı güləşçi Turan Bayramovla keçirilən görüşdən sonra İtaliya təmsilçisinin etirazı barədə qərar qəbul edib.
Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, görüşün hakim və nümayəndələri bir müddətlik işlərindən uzaqlaşdırılıb.
Hakim heyətinə Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesle daxildir.
T.Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.
Qeyd edək ki, Turan həmin qarşılaşmada (8:8) qalib gələrək Paris olimpiadasına lisenziya qazanıb.
- Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
- Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu