Luka Modriç Kimdir? Xorvatiyanın Futbol Dahisi
08.08.2024 - 12:03
Luka Modriç Kimdir? Xorvatiyanın Futbol Dahisi

Luka Modriç Kimdir?

“Real Madrid” klubunda yarımmüdafiə mövqeyində forma geyinən Luka Modriç 9 sentyabr 1985-ci ildə dünyaya gəlib. 172 sm. boya və 66 kq çəkiyə sahibdir, həm sol, həm də sağ ayağı işləkdir. 

Luka Modriçin Neçə Yaşı Var?

1985-ci ildə Xorvatiyada Zadarda anadan olan Luka Modriç hazırda 38 yaşındadır. 

Luka Modriç Futbola Harda Başlayıb?

Gənc yaşlarından etibarən futbol bacarığı və marağı olan Modriç futbol karyerasına gənc yaşında, 1996-cı ildə cəmi 11 yaşı olarkən “Zadar”da başlayıb. 2001-ci ilə qədər “Zadar”ın gənc komandasında forma geyinən Modriç 2003-cü ilə qədər “Dinamo Zaqreb”in gənc komandasında oynayıb.

Luka Modriç Hansı Komandalarda Oynayıb?

Modriç “Dinamo Zaqreb”in gənc komandasında göstərdiyi üstün performansdan sonra A komandasına daxil oldu. 2003-cü ildə hələ 18 yaşında olarkən formasını geyindiyi “Dinamo Zaqreb”də 94 oyunda 26 qola imza atdı. 2003-2004-cü illər mövsümündə “Zrinjski” forması geyindi və bu komandada 22 oyunda 8 qol vurdu. 2004-2005-ci illərdə “inter Zapreşiç” klubuna icarəyə göndərilən Modriç burada 18 oyun keçirdi, 4 qol vurdu.

Luka Modriçin Yüksəlişi

Modriçin futbol karyerasındakı yüksəlişi İngiltərə Premyer Liqası klublarından “Tottenhem Hotspur”a transferi ilə gerçəkləşdi. “Tottenhem”ə 2008-ci ildə qoşulan Modriç 4 il ingilis klubunda forma geyindi. Luka 2012-ci ilə qədər 127 oyunda 13 qol vurdu. Modriçin “Tottenhem”dəki uğuru La Liqanın əsas klublarından olan “Real Madrid”ə transfer edilməsi ilə daha da artdı.

Luka Modriçin Milli Komanda Karyerası 

Luka Modriç uşaqlığından etibarən Xorvatiya milli komandasının formasını geyinməyə nail olmuş futbolçudur. 2001-ci ildə Xorvatiyanın U-15 milli komandasında 2 dəfə, yenə eyni il U-17 komandasında 2 dəfə forma geyinib. 2003-cü ildə Xorvatiyanın U-18 millisinə seçilən Modriç 7 matçda meydanda olub. 2003-2004-cü illər mövsümündə Xorvatiyanın U-19 yığmasında 11 oyuna çıxan futbolçu 2 qola imzasını atıb. Növbəti mövsüm U-21 komandası ilə 14 görüşə çıxıb, 2 qol vurub.

Modriç Xorvatiyanın əsas millisində ilk dəfə 2006-cı ildə forma geyinib. Zamanla tarixin ən yaxşı xorvat futbolçularından biri olmağı bacarıb.
2006-cı ildən bəri millinin uğurları üçün çalışan ulduz futbolçu 162 matçda meydanda olub və 24 qol vurub. Xorvatiyanın 2018-ci il Dünya Çempionatının finalına çıxmasında açar rollardan birini oynayan Modriç turnirin ən yaxşılarından biri idi.

Luka Modriçin Mirası

Luka Modriç Xorvatiya tarixindəki ən yaxşı futbolçulardan biri kimi daim yaddaşlarda qalacaq. Bacarığı, professionallığı və ölkəsinə olan bağlılığı onu dünya miqyasında ikon halına gətirib. “Real Madrid” və Xorvatiya milli komandası ilə əldə etdiyi nailiyyətlər onu futbol əfsanələri panteonuna yerləşdirib. 


 

0