45+2-ci dəqiqə UDUŞU
16.02.2023 - 17:22
45+2-ci dəqiqə UDUŞU

Bukmeker kontorlarında daha bir uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, həftəsonunun futbol matçlarına mərc edən proqnozsevər 4 oyuna üstünlük verib.

Müxtəlif turnirlərin görüşlərini seçən better eyni varianta sadiq qalıb. O, bütün qarşılaşmalarda ilk 45 dəqiqədə 1,5 Üst proqnozlaşdırıb.

Yekunda ekspressin əmsalı 127,82-yə çatıb. Risk edən müştəri bu kupona 15 min rubl (342 manat) yatırıb. 

Ən böyük həyəcan “Bornmut” – “Nyukasl” görüşünə təsadüf edib. Erkən qol həmişə üstünlük sayılsa da, bu dəfə meydan sahiblərinin hesabı açmasından sonra müştəri gərgin anlar yaşayıb. Məğlubiyyətdən qaçmağa çalışan “Nyukasl” buna 45+2-ci dəqiqədəki qolla son qoyub. Better 1 milyon 917 min 286 rubl (43 min 714,12 manat) uduşa sahib çıxıb.

0