66235,05 əmsallıq MƏRC
16.02.2023 - 16:00
66235,05 əmsallıq MƏRC

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, keniyalı proqnozsevər 15 oyuna mərc edib.

Better bu varianta 10 şillinq (0,14 manat) qoyub. Kuponun əmsalı 66235,05-yə bərabər olub.

Afrikalının təxminlərindən 14-ü düz gəlib. Yalnız İsrail təmsilçiləri “Bney Yehuda” və Akko “Hapoel”i onu məyus edib. Heç-heçə proqnozlaşdıran better qonaqların 3:1 hesablı uğuruna üzülüb.

Bu, müştərinin bonuslarla birlikdə 800 min 781,74 şillinq (10 min 838,61 manat) uduşuna mane olub. Lakin kontor 14 görüşlə bağlı uzaqgörənliyi mükafatsız qoymayıb. Ona 950 şillinq (12,86 manat) təsəlliverici məbləğ təqdim edilib.

0