Altı heç-heçəni tapdı, UDUŞA SAHİB OLDU
27.04.2023 - 17:35
Altı heç-heçəni tapdı, UDUŞA SAHİB OLDU

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər İngiltərənin Cənubi Premyer Liqası və İstmian Liqasına mərc edib.

Better 6 qarşılaşmanın heç-heçə bitəcəyini proqnozlaşdırıb. Riskli kuponun görüşlərinin ayrı-ayrılıqda əmsalları 3,45-4,15 aralığında olub.

Altı oyunun ümumi əmsalı 3002,63-ə çatıb. O, bu kupona 100 rubl (2,07 manat) qoyub.

Müştərinin bütün heç-heçə təxminləri dəqiq alınıb. Nəticədə better 300 min 263 rubl (6 min 215,44 manat) uduş əldə edib.

0