“Anderlext”ə İNAMLI PROQNOZ
17.01.2023 - 16:57
“Anderlext”ə İNAMLI PROQNOZ

Sabah Belçika çempionatında keçiriləcək “Anderlext” – “Zulte Varegem” oyununa təkli kupon açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Mixail Savin matça proqnoz verib.

Mütəxəssis görüşün aşkar favoriti olduğu qənaətindədir:

Bu qarşılaşmada meydan sahiblərinə mərc etməli olduğumuz qənaətindəyəm. “Anderlext” döyüşkən heyətə malikdir.

Aydındır ki, Brüssel klubu indi qərarlaşdığı orta pillələrdə qalmaqla barışmaq istəmir. Komanda avrokubok zonasına irəliləmək niyyətindədir. Özü də evdə xallar əldə etmək daha asandır.

Qonaqlar isə yuvarlanma zonasında var-gəl edir. “Zulte Varegem”in mövsümdə ikinci dəfə adlı-sanlı rəqibini məğlub etməsi inandırıcı deyil. Bu üzdən meydan sahiblərinin iki top fərqi ilə qalib gələcəyinə 2,45 əmsallıq mərci daha düzgün sayıram.

Proqnozum: Fora1 (-1,5)
 

0