“Bavariya”dan 7 qollu darmadağın
23.09.2023 - 22:05
“Bavariya”dan 7 qollu darmadağın

“Bavariya” Almaniya Bundesliqasının 6-cı turunda rəqibini darmadağın edib.

Apasport.az saytı xəbər verir ki, “pivəçilər” “Bohum”un qapısından 7 cavabsız top keçiriblər.

Münhen klubunun yeni transferi Harri Keyn “het-trik” edərək, qələbədə böyük rol oynayıb. Dortmund “Borussiya”sı tək qolla qalib gəlib. “Volfsburq”la oyunun taleyini Roys həll edib.

Almaniya Bundesliqası
5-ci tur

“Auqsburq” – “Maynts” – 2:1
“Borussiya” M  – “Leyptsiq” – 0:1
 “Bavariya” – “Bohum” – 7:0
“Borussiya” D – “Volfsburq” – 1:0
“Union Berlin” – “Hoffenhaym” – 0:2
“Verder” – “Köln” – 2:1
 

0