Çempionlarla UDUŞ: 120120 dollar
14.02.2023 - 15:18
Çempionlarla UDUŞ: 120120 dollar

Bukmeker kontorlarında növbəti diqqətçəkən uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, ABŞ-dan olan proqnozsevər iki böyük yarışın çempionuna mərc edib.

O, DÇ-2022-də Argentinanın, Milli Futbol Liqasında “Kanzas Siti”nin kuboku başı üzərinə qaldıracağına proqnoz verib. Better bu iki mərcin yer aldığı kupona 3520 dollar qoyub.

Bu kuponda Argentinanın çempionluğu 6,50, Kanzas təmsilçisinin uğuru 5,25 əmsal olub. Ümumi əmsal isə 34,125-ə çatıb.

Ötən ilin dekabrın 18-də dünya çempionu olan Argentina müştərini qazanca bir az yaxınlaşdırıb. Həftəsonu Superboulu qazanan “Kanzas Siti” isə proqnozsevərə “dubl” imkanı verib. O, 120 min 120 dollar uduşa sahib çıxıb.


 

0