Kiçik əmsala BÖYÜK MƏRC
07.02.2023 - 00:48
Kiçik əmsala BÖYÜK MƏRC

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, müştəri ekspress kupona böyük vəsait qoyub.

Cəmi 2 oyuna mərc gələn better 2 milyon 120 min rublla (50 min 32 manat) risk edib. Bu kuponun əmsalı isə vur-tut 1,96-ya bərabər olub.

Better ev komandalarına üstünlük verib. O, “Mançester Yunayted”in “Kristal Pelas”a, PSJ-nin “Tuluza”ya qalib gələcəyinə mərc edib.

Hər iki qarşılaşmada meydan sahibləri çətinliklə qalib gəlib – 2:1. Proqnozsevər 4 milyon 154 min 352 rubl (98 min 42,71 manat) uduşa sahib çıxıb.
 

0