“Leyptsiq”dən möhtəşəm geridönüş
26.08.2023 - 00:34
“Leyptsiq”dən möhtəşəm geridönüş

Almaniya Bundesliqasının 2-ci turu məhsuldar start götürüb.

Apasport.az saytı xəbər verir ki, “Leyptsiq” öz meydanında böyükhesablı qələbə qazanıb.

İlk turda uduzan meydan sahibləri bu dəfə də oyuna yaxşı başlamayıblar. “Ştutqart” fasiləyə öndə yollanıb. “Leyptsiq” ikinci hissəyə fərqli start götürüb. Komanda rəqib qapısından 5 top keçirirək, mövsümdə ilk üç xalını əldə edib.

Almaniya Bundesliqası
2-ci tur
25 avqust

“Leyptsiq” – “Ştutqart” – 5:1
 

0