Milan derbisində darmadağın
17.09.2023 - 00:42
Milan derbisində darmadağın

İtaliya A seriyasında Milan derbisi baş tutub.

Apasport.az saytı xəbər verir ki, “İnter” həmşəhərlilərini böyükhesabla məğlub edib.

İlk üç oyunda hər iki komanda maksimum nəticə göstərmişdi. “Neradzurra” derbidə daha yaxşı çıxış edərək, rəqib qapısından 5 top keçirib. “Milan”ın yeganə qoluna Leao imza atıb.

“Yuventus” “Latsio” səddini itkisiz aşıb. “Qoca Sinyora”nın heyətində Duşan Vlahoviç dubl edərək, qələbədə böyük rol oyanyıb. Çempion “Napoli” ardıcıl ikinci görüşdə xal itirib. Ötən turda uduzan neapollular bu dəfə səfərdə “Cenoa” ilə heç-heçə oynayıblar. Komanda 0:2 hesabı ilə məğlub vəziyyətə düşsə də, gücü heç-heçəyə çatıb. 

İtaliya A seriyası
4-cü tur
16 sentyabr

“Yuventus” – “Latsio” – 3:1
“İnter” – “Milan” – 5:1
“Cenoa” – “Napoli” – 2:2
 

0