Millini çalışdırmağa namizəd baş məşqçiyə yeni təklif
18.12.2023 - 00:06
Millini çalışdırmağa namizəd baş məşqçiyə yeni təklif

 

Azərbaycan milli komandası ilə adı hallanan Şenol Güneşə daha bir təklif gəlib.

Apasport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Kosovo yığmasını çalışdıra bilər. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Türk məşqçi milliyə namizədlər arasında yer alıb.

Qeyd edək ki, son olaraq "Beşiktaş"ı çalışdıran Şenol Güneş bir neçə gün əvvəl Azərbaycan seçməsindən təklif aldığını etiraf etmişdi.

 

0