Pep Qvardiola: “Ümid edirəm məni qovmayacaqlar və..."
20.12.2023 - 23:10
Pep Qvardiola: “Ümid edirəm məni qovmayacaqlar və..."

Pep Qvardiola gələcəyi ilə bağlı suala cavab verib.

Apasport.az xəbər verir ki, o, “Mançester Siti”də xoşbəxt olduğunu deyib.

“İspaniya yığmasında işləmək? Hazırda “Mançester Siti”də hər şey ürəyimcədir. Burada çox xoşbəxtəm. İngiltərə klubu ilə bir illik müqaviləm var. Ümid edirəm məni qovmayacaqlar və müqavilə müddətinin sonunadək burada qalacam”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”lə 15 titul qazanıb.

0