Sensasiyaya böyük MƏRC
28.02.2023 - 17:01
Sensasiyaya böyük MƏRC

Həftəsonu “Barselona”nın gözlənilməz məğlubiyyəti ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, La Liqanın liderinin “Almeriya”ya uduzması bukmeker kontorunun müştərisinə böyük qazanc gətirib.

Proqnozsevər ikinci hissənin əvvəlində canlı mərcə üstünlük verib. O, “Almeriya”nın 1:0 hesabı ilə öndə olduğu vaxtda Alt variantına 645 min rubl (14 min 706 manat) pul qoyub.

Həmin an belə nəticənin əmsalı 1,9-a bərabər idi. Qələbə hesabını qoruyan “Almeriya” sensasiya sayəsində 3 xal qazanıb. Müştərinin qazancı isə daha böyük olub. O, 1 milyon 225 min 500 rubl (27 min 941,4 manat) uduşa sahib çıxıb.
 

0