Xviça qol vurdu, "Napoli" yenə qələbə qazandı
18.02.2023 - 01:49
Xviça qol vurdu, "Napoli" yenə qələbə qazandı

İtaliya çempionatının XXIII turunun açılış matçında lider "Napoli" qələbə qazanıb.

Apasport.az xəbər verir ki, Neapol təmsilçisi səfərdə "Sassuolo"nun qonağı olub.

Görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu milli komandamızın sabiq futbolçusu Badri Kvaratsxelianın oğlu Xviça vurub. Bununla da gürcü futbolçu Seriya A-da 19 oyuna 10-cu qolunu vurmuş olub. Bundan başqa, onun aktivində 9 məhsuldar ötürmə var.

Qeyd edək ki, bu qələbədən sonra "Napoli" xallarının sayını 62-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib.

0