“Yunayted” və “Tottenhem” azarkeşlərini sevindirə bilmədi
04.05.2025 - 18:56
“Yunayted” və “Tottenhem” azarkeşlərini sevindirə bilmədi

İngiltərə Premyer Liqasında XXXV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, eyni saatda 3 qarşılaşma baş tutub.

Avropa Liqasında ölkələrini layiqincə təmsil edən “Mançester Yunayted” və “Tottenhem”, daxili çempionatda isə azarkeşlərini məyus etməyə davam edir.

“Qırmızı şeytanlar” səfərdə 1:0 hesabı ilə önə keçsələr də, sonda “Brentford” qarşısında 4:3 hesablı məğlubiyyətlə meydanı tərk ediblər.

"Tottenhem" isə "Vest Hem"lə 1:1 hesablı heç-heçəyə razı olub.

İngiltərə Premyer Liqası
XXXV tur

17:00. “Brentford” - “Mançester Yunayted” - 4:3
17:00. “Vest Hem” - “Tottenhem” - 1:1
17:00. “Brayton” - “Nyukasl” - 1:1