[b]“Hafka”nın komandasında qiyam: Futbolçular “Qarabağ”la oyuna çıxmır[/b]
04.02.2015 - 13:02
[b]“Hafka”nın komandasında qiyam: Futbolçular “Qarabağ”la oyuna çıxmır[/b]

“Bakı”da vəziyyət kritik həddə çatıb. Apasport.az saytının xəbərinə görə, neçə vaxtdı maddi sıxıntıdan əziyyət çəkən klub dağılmaq təhlükəsi qarşısındadı.


Aparıcı futbolçularını itirən “zolaqlılar” bu mövsümün ilk yarısını sürünə-sürünə keçirib. Daimi kasıblıq, ödəmələrdəki gecikmələr, futbolçuların bir ildən çoxdu minimal şərtlərlə razılaşıb, meydana çıxması “Bakı”nın son nəfəsdə olmasına işarə idi. Amma artıq o nəfəs də tükənib.


Klubun müflis prezidenti, “Hafka” ləqəbli Hafiz Məmmədovun növbəti yalanından sonra futbolçuların ümidi tamamilə tükənib. Belə ki, iş adamı dünən futbolçulara pul paylayacağını, borcların müəyyən hissəsini bağlayacağını vəd edibmiş. Amma onun növbəti dəfə sözünün ağası olmamağı oyunçuları özündən çıxarıb.

 

Futbolçular sözü bir yerə qoyub, növbəti turun oyununa çıxmamağı lazım bilib. Bu səbəbdən böyük ehtimalla fevralın 7-də “Qarabağ” – “Bakı” görüşü baş tutmayacaq. 


Ümumiyyətlə, komandanın dağılmaq təhlükəsi çox realdı. Məmmədovun hələ özünə gəlmədiyini nəzərə alsaq, futbolçulara pul ödənilmədiyi halda onların qiyama davam edib oyunlara çıxmayacağı gözlənilir (futbolinfo.az).

0