[b]“Çelsi” mövsümün ilk tituluna yiyələndi[/b]
01.03.2015 - 22:03
[b]“Çelsi” mövsümün ilk tituluna yiyələndi[/b]

Bu gün İngiltərə Liqa kubokunda final görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, finalda "Çelsi" ilə "Tottenhem" üz-üzə gəlib.

 

"Uembli" stadionunda baş tutan matçda “zadəganlar” 2:0 hesabı ilə qalib gələrək, mövsümün ilk titulunu qazanıb.

 

Qeyd edək ki, bu, “Çelsi”nin aktivində 5-ci liqa kuboku olub. Joze Mourinyonun yetirmələri sonuncu dəfə 2007-ci ilə bu mükafata yiyələnib.

 

 

İngiltərə Liqa kuboku

Final

1 mart

“Çelsi” – “Tottenhem” – 2:0

Qollar: Con Terri, 45, Kayl Ualker, 56-avtoqol

London. "Uembli" stadionu

0