2015-ci ilin ilk 3 ayının ən yaxşı futbolçuları məlum olub. Apasport.az saytı xəbər verir ki, İngiltərənin "CIES Football Observatory" araşdırma şirkəti hər mövqenin ən yaxşılarının adlarını açıqlayıb.
Şirkət futbolçuların 3 aylıq statistikalarına əsasən siyahı hazırlayıb. Maraqlıdı ki, hər mövqedə ən yaxşı “üçlük” seçilib. Yalnız qapı xətti ilə bağlı seçim aparılmayıb.
Ən yaxşı mərkəz müdafiəçiləri:
1. Emir Spahiç (“Bayer”)
2. Martin Demişelis (“Mançester Siti”)
3. Mats Hummels (“Borussiya” Dortmund)
Ən yaxşı cinah müdafiəçiləri:
1. Qael Klişi (“Mançester Siti”)
2. Marselo (“Real”)
3. Rafinya (“Bavariya”), Vendell (“Bayer”)
Ən yaxşı orta sahə oyunçuları:
1. Nuri Şahin (“Borussiya” Dortmund)
2. Pol Poqba (“Yuventus”)
3. Fernandinyo (“Mançester Siti”)
Ən yaxşı hücumameyilli oyunçular:
1-2. Eden Azar (“Çelsi”)
1-2. Məsut Özil (“Arsenal”)
3. Xesus Navas (“Mançester Siti”)
Ən yaxşı hücumçular:
1. Lionel Messi (“Barselona”)
2. Aryen Robben (“Bavariya”)
3. Bas Dost (“Volfsburq”)