Topaz Premyer Liqası: XXXIII turun oyunlarının vaxtı açıqlandı
05.05.2015 - 10:24
Topaz Premyer Liqasında XXXIII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları 2 gün davam edəcək.
İlk oyun günü paytaxtdan kənarda başlayacaq 2 oyunla start götürəcək. Mayın 8-dəki son matç “İnter”lə “Neftçi” arasında paytaxt derbisi olacaq.
Tura ertəsi gün baş tutacaq “Bakı” – AZAL matçı ilə yekun vurulacaq.
XXXIII tur
8 may (cümə)
18:00. “Xəzər Lənkəran” – “Qarabağ”
"Xəzər Lənkəran" mərkəzi stadionu
18:00. “Sumgayıt” – “Qəbələ”
Kapital Bank Arena
20:00. “İnter” – “Neftçi”
“İnter Arena”
9 may (şənbə)
17:00. “Bakı” – AZAL
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
0
0