[b]UEFA azərbaycanlı hakimə Çexiyanın oyununu tapşırdı[/b]
01.09.2015 - 19:44
21 yaşlılardan ibarət milli komandaların 2017-ci ildə Polşada keçiriləcək Avropa Çempionatının seçmə mərhələ oyunları davam edir. Apasport.az saytının məlumatına görə, seçmə mərhələ çərçivəsində baş tutacaq Çexiya – Malta matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Belə ki, UEFA sentyabrın 4-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna FİFA referisi Rəhim Həsənovu baş hakim təyin edib.
Bu məsul oyunda Həsənova Namiq Hüseynov və Vaqif Musayev yardımçı olacaqlar.
Oyunun 4-cü hakimi isə Əliyar Ağayev təyin olunub.
0
0