“Bavariya” “lotoreya”da uddu - VİDEO
22.05.2016 - 01:22
“Bavariya” “lotoreya”da uddu - VİDEO

Almaniya kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici oyunda “Bavariya” və “Borussiya” (Dortmund) münasibətlərinə aydınlıq gətiriblər.

 

Berlində, "Olimpiaştadion"da keçirilən oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə nəticələnib.

 

Oyunsonrası penaltilərdə isə Münhen klubunun futbolçuları daha dəqiq oynayıblar - 4:3.

 

Beləliklə, "Bavariya" Bundesliqadan sonra Almaniya kubokunu da zirvədə tamamlayıb. Bu, "Bavariya"nın ümumilikdə qazandığı 18-ci ölkə kubokudu.

 

Almaniya kuboku, final

21 may

 

“Bavariya” – “Borussiya” D - 0:0 (penalti seriyası - 4:3)

0