Milli komandanın Avstriya toplanışında bu gün Makedoniya ilə keçirəcəyi sınaq matçının start heyətində yer alan Rəhman Hacıyev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Toplanış necə keçir?
- Komandaya gec qoşulduq. Gəldiyimiz gün məşq etmədik, oyuna baxdıq. Dünən və bu gün komanda ilə birlikdə çalışmışıq. Sabah da oyun var. Hər şey qaydasındadı, sabah da qələbə qazanmağa çalışacağıq.
- Artıq baş məşqçi heyəti açıqlayıb və sənin də adın “ilk 11”dədi...
- Sabah ikinci dəfə millinin formasını geyəcəm. Çalışacam ki, yığmamıza xeyir verim.
- Milli ilk oyunda Andorra ilə bərabərə qaldı və tənqid olundu. Sabahkı matçdan nə gözləyirsən?
- Rəqib çox güclü komandadı. Biz də çıxıb qələbə üçün vuruşacağıq.
- Baş məşqçi necə bölüşdürüb oyunçuları? Andorra ilə oyuna başqa heyət çıxmışdı, bu gün tamam fərqli oyunçulardı...
- Çünki Andorra ilə oyunda biz yolda təzə gəlmişdik deyə istirahət verdi. Bu dəfə şans verib, hər kəs çalışır ki, öz fürsətindən yaxşı istifadə eləsin. Çünki millidə əvəz edilməyən futbolçu yoxdu.
- Maraqlıdır ki, ölkə kubokundakı finaldan sonra “Neftçi”nin futbolçuları çox məyus görsənirlər. Özünüzə gələ bilmirsiniz?
- Sözün düzü 118-ci dəqiqədə qol buraxmaq komadaya çox pis təsir etdi. O qədər əziyyətimiz boşa getdi. Ancaq oldu keçdi artıq. Qabağa baxmaq lazımdı. O oyun haqqında düşünməklə ancaq özümüzə ziyan verərik. Qarşıda daha yaxşı nəticələr qazanacağıq.
- Azərbaycan çempionatında ən yaxşı cərimə zərbəsi vuran oyunçulardan birisən. Zərbələrinin texnikası da Kristiano Ronaldoya oxşayır. Çox məşq edirsən bunun üçün?
- Uşaq vaxtımdan Ronaldonun rəbələrinə baxıb onun kimi vurmağa çalışırdım. Hər gün məşqdən sonra bunun üzərində işləyirəm. Allah da verib bu bacarığı, çalışıram ki, ən yaxşı şəkildə istifadə edim.