“Fənərbaxça”nın və Türkiyə yığmasının futbolçusu Ozan Tufan karyerasını İngiltərə çempionatında davam etdirə bilər. Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın 4 iştirakçısı yaxından maraqlanır.
Bunlar “Mançester Yunayted”, “Everton”, “Sanderlend” və “Sauthempton” klublarıdı. Digər 3 klubla müqayisədə “mankunianlar”ın Ozanı transfer etmək şansı daha yüksək qiymətləndirilir.
AÇ-2016-da Türkiyənin Xorvatiya ilə keçirdiyi oyundan (0:1) sonra sərt tənqidlərə məruz qalan Tufanın karyerası ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, “Bursaspor”un yetirməsi olan Ozan Tufan 2015-ci ildən “Fənərbaxça”da çıxış edir. 2014-cü ildən Türkiyə millisinə də çağırılan yarımmüdafiəçisi “ay-ulduzlular”ın heyətində 27 oyunda 2 qola imza atıb.