Nolito “Mançester Siti”də
29.06.2016 - 17:41
Nolito “Mançester Siti”də

“Mançester Siti” daha bir transfer gerçəkləşdirib. Apasport.az saytının İspaniyanın yüksək tirajlı “El Mundo Deportivo” qəzetinə istinadən məlumatına görə, “şəhərlilər” İlkay Gündoğandan sonra Nolitonun keçidini də həll ediblər.

 

Yeni baş məşqçi Pep Qvardiolanın çoxdandı maraq dairəsində olan “Selta”nın yarımmüdafiəçisi ilə artıq hərtərəfli razılıq əldə edilib. Hazırda Parisdə olan ulduz futbolçu gün ərzində İngiltərəyə yollanacaq və rəsmi müqaviləyə qol çəkəcək.

 

30 yaşlı oyunçu yeni komandası ilə 3+1 illik müqavilə imzalayacaq. Bu transfer “Selta”ya 18 milyon avro qazandıracaq.
 

Qeyd edək ki, “Barselona”nın sabiq üzvü 2013-cü ildən “Selta”nın formasını geyinir.

0