[b]Rio-2016: Tək qızıl medalla kifayətlənmir...[/b]
18.08.2016 - 13:08
[b]Rio-2016: Tək qızıl medalla kifayətlənmir...[/b]

Əfsanəvi atlet Useyn Bolt gözünü dünya rekorduna dikib. Apasport.az saytının məlumatına görə, yamaykalı idmançı bu barədə özü açıqlama verib.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən Bolt atletikanın 200 m məsafəyə qaçış növündə yarımfinal mərhələsini ən yaxşı nəticə ilə adlayaraq, finala yüksəlib. 7 qat Olimpiya çempionu bu gecə baş tutacaq finalda növbəti qızıl medalını qazanmaq əzmindədi. O, bununla kifayətlənməyib, dünya rekorduna göz dikdiyini etiraf edib: “Yeni dünya rekordu qırmağa çalışacam. Effektli qələbə qazanmaq istəyirəm”.

 

Bolt yarımfinal mərhələsində 200 metrlik məsafəni 19,78 saniyəyə qət etmişdisə, hazırda dünya rekordu 19,19 saniyədi.

 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:30-da başlayacaq final mərhələsində Useyn Boltun rəqiblərindən biri də Türkiyə yığmasını təmsil edən azərbaycanlı Ramil Quliyev olacaq.

0